Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

4-dən 44-də

03.04.2023

Aprelin 3-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin , Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə muzeydə Aprel döyüşlərinin 7-ci ildönümünə həsr olunmuş “4-dən 44-də” başlığı altında tədbir keçirilib.

Tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları şurasının sədri Məmmədağa Şiriyev, şəhid ailələri, aprel döyüşlərinin canlı şahidləri iştirak edib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Masallının Aprel döyüşlərində iştirak etmiş, həmçinin şəhidlik zirvəsinə yüksəlmiş oğulları haqqında məlumat verib.  Sonra Mərkəzi Kitabxananın informasiya üzrə mütəxəssisi Arzu Hüseynova mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə Masallı rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları şurasının sədri Məmmədağa Şiriyev, Mərkəzi Kitabxananın direktor əvəzi  Zamin Məmmədov  çıxış edərək bildiriblər ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoymaqla, işğalçı ölkəni beynəlxalq iqtisadi layihələrdən kənarda saxlamışdır. Qeyd olunub ki,  Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərməklə bərabər, ədalətin bərpa olunacağı Zəfər tarixinin başlanğıcı kimi də tarixə düşmüşdür.

Daha sonra şəhid Aqil Məlikovun qardaşı Ədalət  Məlikov,  aprel döyüşü iştirakçıları  Niyaməddin Nəhmətov, Əmrah Hüseynov mövzu ilə bağlı fikirlərini ifadə ediblər.

Yekunda iştirakçılar Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn oğullarımıza həsr olunmuş sərgiyə baxış keçiriblər.